09/08/2017

"Sumqayıt" FK U-17 "İnter"ə yoxlama oyununda qalib gəlib


"Sumqayıt" FK-nın əsas və əvəzedici komandası kimi aşağı yaş qrupları da 2017/2018 futbol mövsümü üçün çalışmalarını davam etdirir. 17 yaşadək futbolçulardan ibarət komandamız səfərdə "İnter"li həmyaşıdları ilə yoxlama oyunu keçirib. Komandamız 3:1 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada qolları Eltun Nağıyev, Əli Əfəndiyev və Mir-İsmayıl Əsgərov vurub.

Qeyd edək ki, "Sumayıt" FK U-17 hazırlıq çərçivəsində avqustun 13-də U-16 komandamızla 18-də isə "Kapital Bank Arena"da "İnter"lə yoxlama oyunu keçirəcək.