30/01/2012

Çingiz Abdullayev Sumqayıtın qonağı olub


Şöhrət ordenli görkəmli yazıçımız Çingiz Abdullayev Sumqayıt şəhərinin qonağı olub. “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında təşkil olunmuş tədbirdə “Sumqayıt” Futbol Klubunun təssisçisi “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və klubun prezidenti Kamran Quliyev də iştirak edib. Görüş zamanı Çingiz Abdullayevə futbolçularımızın imzalanmış şəkli hədiyyə olunub.