08/08/2017

“Sumqayıt” FK “Kəpəz”lə oyunun hazırlıqlarını davam etdirir


Topaz Premyer Liqasının 1-ci turunda “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlıqlarını davam etdirir. Komandamız bu gün saat 19:00-da “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Məşq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub. Təxminən 1.5 saat davam edən məşq prosesində zədəli futbolçu yer almayıb.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” qarşılaşması “Kapital Bank Arena”da keçiriləcək və 13 avqust, saat 21:00-da baş tutacaq. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.