08/08/2017

“Sumqayıt” – “Kəpəz” qarşılaşması saat 21:00-da start götürəcək


Topaz Premyer Liqasında 1-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, ilk turda keçiriləcək “Sumqayıt” – "Kəpəz" oyunu avqustun 13-də “Kapital Bank Arena”da baş tutacaq və 21:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə avqustun 14-ü eyni məkanda keçiriləcək və saat 18:00-da başlanacaq.