07/08/2017

"Sumqayıt" FK-nın akademiyası hazırlığını davam etdirir


"Sumqayıt" FK-nın əsas və əvəzedici komandası kimi aşağı yaş qrupları da 2017/2018 futbol mövsümü üçün çalışmalarını davam etdirir. Akademiyamız avqustun 1-dən etibarən "Kapital Bank Arena"da məşqləri bərpa edib. Bütün yaş qruplarımız akademiyanın planına əsasən hazırlığını davam etdirir. Artıq bir neçə yaş qruplarımız hazırlıq məqsədi ilə yoxlama oyunları da keçirib. Qeyd edək ki, "Sumqayıt" FK U-10 "Təhsil RİM"i 7:2, U-12 "Həkəri"ni 6:0 hesabı ilə məğlub edib. U-16 komandamız isə "İnter"lə iki yoxlama oyununda qüvvəsini sınayıb (1:0, 1:1)