05/08/2017

"Sumqayıt" FK-nın U-19 komandası "Neftçi" ilə qarşılaşmadan məğlub ayrılıb


"Sumqayıt" FK-nın U-19 komandası yoxlama görüşündə qüvvəsini sınayıb. "Kapital Bank Arena"da "Neftçi"nin U-19 komandası ilə qarşılaşan komandamız meydanı 3:4 hesablı məğlubiyyətlə tərk edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə "Sumqayıt" FK-nın qollarını Səbuhi Abdullazadə, Xəzər Mahmudov və Müşfiq Rzayev rəqib qapısından keçirib.