03/08/2017

Müşahidə Şurasının növbəti iclası keçirilib


Bu gün "Sumqayıt Futbol Klubu"nun Müşahidə Şurasının növbəti iclası keçirilib. Görüşdə müxtəlif mövzulara toxunulub, bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb. Toplantıda ötən mövsümün nəticələri müzakirə edilib, əsas, əvəzedici komandanın yeni 2017/2018 futbol mövsümünə hazırlıq mərhələləri dəyərləndirilib, akademiyadakı ümumi iş və yeniliklər barəsində məlumat verilməklə yanaşı, Müşahidə Şurası tərəfindən bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

Bundan başqa, "Sumqayıt" FK-nın baş məşqçisi Samir Abasov da iclasda iştirak edib. Çalışdırıcının ötən mövsüm üçün hesabatı dinlənilib. Müşahidə Şurası baş məşqçi və onun köməkçiləri ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar verib.