02/08/2017

Əvəzedicilərimiz “Neftçi” ilə yoxlama görüşündə heç-heçə edib


“Sumqayıt” FK-nın əvəzediciləri yeni mövsümün 1-ci turu üçün çalışmalarını davam etdirir. Hazırlıq prosesi çərçivəsində Elbrus Məmmədovun yetirmələri bu gün “Kapital Bank Arena” da “Neftçi”nin əvəzediciləri ilə yoxlama oyunu keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmanın sonunda 1:1 hesabı qeydə alınıb. “Sumqayıt” FK-nın oyundakı yeganə qolunu Taleh İskəndərov rəqib qapısından keçirib.

Qeyd edək ki, əvəzedicilərimiz növbəti yoxlama oyununu avqustun 5-də keçirəcək.