01/08/2017

İstirahəti başa vuran “Sumqayıt” FK “Kapital Bank Arena”da məşqə çıxıb


“Sumqayıt” Futbol Klubu 2017/2018 futbol mövsümünün 1-ci turu üçün hazırlıqlara start verib. Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış komandamız bu gün saat 18:30-da “Kapital Bank Arena”da məşqə çıxıb. Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.

Qeyd edək ki, “Sumqayıt” FK çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.