29/07/2017

Əvəzedicilərimiz “Uğur” FK ilə yoxlama oyunu keçirib


2017/2018 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK-nın əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb. Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da həvəskar liqa təmsilçisi “Uğur” FK ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada əvəzedicilərimiz 2:3 hesabı ilə məğlub olub. Komandamızın qollarına Fərid Kərimzadə və Taleh İskəndərov imza atıb.

Qeyd edək ki, “Sumqayıt” FK-nın əvəzedici heyəti avqustun 2-si və 5-i tarixlərində növbəti yoxlama görüşlərini keçirəcək. Komandamız müvafiq olaraq, “Neftçi” (əvəzedici) və U-19 komandamızla oyunlarda qüvvəsini sınayacaq.