29/07/2017

“Sumqayıt” FK vətənə qayıdıb


Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuran “Sumqayıt” Futbol Klubu vətənə qayıdıb. İyulun 29-u səhər saatlarında qardaş ölkəni tərk edən komandamız artıq Bakıya çatıb. Baş məşqçi Samir Abasovun planına əsasən komandamız 3 gün müddətində istirahət edəcək. “Sumqayıt” FK avqustun 1-dən etibarən "Kapital Bank Arena"da Topaz Premyer Liqasının 1-ci turunun hazırlığına başlayacaq.