30/01/2012

Əvəzedicilər 3 futbolçunu heyətinə qatıb


“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir. Vaqif Paşayevin yetirmələri gün ərzində iki dəfə olmaqla Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda hazırlaşır. Komandamız keçirdiyi ilk yoxlama matçında “Qəbələ”nin əvəzedicilərinə 2:4 hesabı ilə məğlub olub. Qolları Samir Rüstəmli və Eşqin Muxtaroğlu vurub.

“Sumqayıt” Futbol Klubunun əvəzediciləri 3 yeni futbolçunu heyətinə qatıb. Ruslan Getman, Təbriz Mütəllimov və Niyaz Həsənov klubumuzla müqavilə imzalayıb. Bundan başqa, “Sumqayıt”ın aşağı yaş qruplarından ibarət komandalarda forma geyinmiş 6 futbolçu da əvəzedici komandaya cəlb olunub.

Paşayevin komandası sabah Əlincə stadionunda klubun akademiyasının yığma komandası ilə yoxlama oyunu keçirəcək.