23/08/2011

U-17 qələbə qazanıb


Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. Belarusun U-17 yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb. Hesabı Coşqun Diniyev açıb. Belarus yığması penalti zərbəsindən yararlanmaqla hesabda tarazlıq yarada bilib. Bununla belə, Namiq Ələsgərovun dublu oyunun yekun nəticəsini müəyyənləşdirib.

Bu qarşılaşmada “Sumqayıt Şəhər”in 4 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli, David Qarayev və Şamil Camaləddinov forma geyinib. İlk qolun ötürməsini klubumuzun forvardı Ruslan Nəsirli, üçüncü qolun ötürməsini isə Şamil Camaləddinov verib.