27/07/2017

"Sumqayıt" FK Türkiyədə son məşqini keçirdi


2017/2018 futbol mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" Futbol Klubu bu gün Boluda son məşqinə çıxıb. Axşam saat 18:30-da start götürən hazırlıq prosesi zamanı komandamız daha çox toplu çalışmalara üstünlük verib. Ardınca iki tərəfli oyunla məşqə yekun vurulub.

"Sumqayıt" FK hazırlıq mərhələsi çərçivəsində sabah Boluda sonuncu yoxlama matçına çıxacaq. Komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”la üz-üzə gələcək.