27/07/2017

"Sumqayıt" FK-nın əvəzedici komandası da hazırlığı davam etdirir


"Sumqayıt" Futbol Klubunu əsas komandası kimi əvəzediciləri də 2017/2018 futbol mövsümü üçün hazırlığını davam etdirir. On günlük təlim-məşq toplanışını başa vurub 3 günlük istirahət edən komandamız dünəndən etibarən məşqləri bərpa edib. "Kapital Bank Arena"da hazırlaşan komandamız çempionatın startına qədər hər gün 1 dəfə olmaqla məşq edəcək. Elbrus Məmmədovun komandası iyulun 29-da "Uğur" FK ilə yoxlama oyunu keçirəcək.