26/07/2017

"Sumqayıt" FK Bolu hazırlığını davam etdirir


2017/2018 futbol mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" Futbol Klubu günü iki məşq əsnasında başa vurub. Bolu toplanışının 12-ci gününün səhər məşqi saat 10:30-da start götürüb və komanda hazırlıq zamanı iki qrupa bölünüb. "Adana Demirspor"la matçda meydana çıxan futbolçular yüngül qaçışla kifayətlənib, digər qrup isə toplu çalışmalara üstünlük verib.

"Sumqayıt" FK-nın axşam məşqi isə saat 18:30-da start götürüb. Axşam hazırlığında komanda toplu çalışmalara və taktiki gedişlərə üstünlük verib. Məşqə iki tərəfli oyunla yekun vurulub.