25/07/2017

"Sumqayıt" FK "Adana Demirspor"la yoxlama oyunu keçirib


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti oyuna çıxıb. Komandamız axşam məşqi əvəzinə TFF 1-ci Liqa təmsilçisi "Adana Demirspor"dan gələn təklifi qəbul edərək yoxlama oyunu keçirib. Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda komandamızdan yeganə qolu Rəşad Eyyubov vurub.

Qeyd edək ki, "Sumqayıt" FK Türkiyədə son yoxlama oyununu 28 iyul tarixində Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun” komandasına qarşı keçirəcək. 1956-cı ildə qurulmuş Burayda təmsilçisi 2016/17 mövsümündə Səudiyyə Ərəbistanı yüksək liqasında 8-ci yeri tutub.

Yoxlama oyunu
Bolu, Termal Hotelin stadionu

"Adana Demirspor" - "Sumqayıt" FK 2:1
Qollar:
Mendi, 8. Lalavele, 70 - Rəşad Eyyubov, 88.

"Sumqayıt" FK bu heyətlə çıxış edib: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, 21. Ramil Orucov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 9. Amil Yunanov.

Oyuna sonradan daxil olanlar: 18. Tural Axundov, 32. Rəşad Eyyubov, 10. Cavid İmamverdiyev, 6. Kamal Mirzəyev.

Baş məşqçi: Samir Abasov.