24/07/2017

"Sumqayıt" FK-nın Boluda Abant gölü ətrafında istirahət günü


Boluda hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu Türkiyədə olduğu 10-cü günü axşam istirahəti ilə başa vurub. Komandamız Abant bölgəsində təbiət qoynunda dincəlib. Abant gölü ətrafında və meşə gəzintisi ilə istirahət edən komandamız axşam saatlarında günü başa vuraraq məskunlaşdığı VON Resort Hotelinə qayıdıb.