27/01/2012

“Sumqayıt” Antalyada sonuncu yoxlama oyununu keçirib


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. Komandamız qonşu ölkədə sonuncu yoxlama oyununu keçirib. Bernhard Raabın komandası Almaniyanın “FC Plauen” klubu ilə üz-üzə gəlib və görüşdən 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Oyunun birinci hissəsində komandamızın üzvü Orxan Həsənov penalti zərbəsindən yararlana bilməyib. 

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.