24/07/2017

“Sumqayıt” FK Bolu toplanışının 10-cu günündə səhər məşqinə çıxıb


Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu bu gün 1 məşq keçirib. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında səhər məşqində "Sivasspor"la qarşılaşmada meydana çıxanlar yüngül qaçışla kifayətlənib, digər qrup isə daha çox toplu çalışmalara və taktiki gedişlərə üstünlük verib. "Sumqayıt" FK axşam isə kollektiv olaraq Boluda istirahətə yollanacaq.