23/07/2017

“Sumqayıt” FK “Sivasspor”la qarşılaşmadan məğlub ayrılıb


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Türkiyə Superliqası təmsilçisi “Sivasspor" klubu ilə üz-üzə gəlib. Bolu Termal Hotelinin stadionunda yerli saatla 18:00-da start götürən qarşılaşmada komandamız 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü TFF 1. Liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.

Yoxlama oyunu
Bolu, Termal Hotelin stadionu

"Sumqayıt" FK - "Sivasspor" 0:4
Qollar:
Leandro Barrios, 12. Qalip Güzel, 49. Mert Hakan Yandaş, 70. Serhat Mutlu, 84.

"Sumqayıt" FK bu heyətlə çıxış edib: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

Oyuna sonradan daxil olanlar: 11. Ehtiram Şahverdiyev, 5. Vüqar Bəybalayev, 39. Tural Bayramlı, 90. Ramil Həsənov.

Baş məşqçi: Samir Abasov

"Sivasspor" bu heyətlə çıxış edib: 15. Tolgahan Acar, 3. Elderson Echiejile, 2. Aroune Kone, 13. Hakan Arslan, 7. Leandro Barrios, 6. Ziya Erdal, 27. Vitali Djakov, 24. Rıdvan Şimşek, 5. Qalip Güzel, 20. Emre Kılınç, 21. John Boye.

Oyuna sonradan daxil olanlar: 33. Yavuz Boyar, 9. Muhammet Demir, 17. Hakan Bilgin, 14. İbrahim İşci, 22. Hasan Ekici, 23. Burak Gülle, 19. Serhat Mutlu, 8. Mert Hakan Yandaş, 10. Kerim Avcı.

Baş məşqçi: Samet Aybaba