23/07/2017

“Sumqayıt” FK bu gün “Sivasspor”la qarşılaşacaq


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək. Qarşılaşma Bolu Thermal Hotelinin stadionunda yerli vaxtla saat 18:00-da start götürəcək.

Qeyd edək ki, 1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü TFF 1. Liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.