22/07/2017

“Sumqayıt” FK Bolu toplanışının 8-ci günündə axşam məşqinə çıxıb


Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu bu gün 1 məşq keçirib. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam məşqinə çıxan komandamız daha çox toplu çalışmalara və taktiki gedişlərə üstünlük verib. Təxminən 1,5 saat davam edən məşqin sonunda ikitərəfli oyun keçirilib.

Qeyd edək ki, “Sumqayıt” FK sabah Boluda səhər məşqi və yoxlama oyunu keçirəcək.