22/07/2017

"Sumqayıt" FK-nın əvəzediciləri hazırlığın 2-ci mərhələsini də başa vurub


“Sumqayıt” FK-nın əvəzediciləri 2017/2018 mövsümü üçün hazırlıq prosesinin 2-ci mərhələsini də başa vurub. 10 günlük təlim-məşq toplanışı çərçivəsində komandamız 4 yoxlama görüşündə qüvvəsini sınayıb. Belə ki, iyulun 15-i “Neftçi”nin əvəzediciləri ilə (1:1), 18-i “Qarabağ”ın U-19 komandası ilə (1:1), 20-si “Qəbələ”nin əvəzediciləri ilə (1:3) oynayan Elbrus Məmmədovun yetirmələri son yoxlama görüşü çərçivəsində “Zirə”nin əvəzediciləri ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə komandamızdan Xəzər Mahmudov, Nazim Bağırov və Fərid Kərimzadə fərqlənib.

Qeyd edək ki, 3 günlük istirahətin ardından əvəzedicilər 2017/2018 mövsümü üçün məşqlərə başlayacaq.