22/07/2017

Peşə Bayramınız mübarək, əziz jurnalistlər!


22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

“Sumqayıt” Futbol Klubunun kollektivi Milli Mətbuatın yaranmasının 142-ci ildönümü ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır.

Peşə Bayramınız mübarək, əziz jurnalistlər!