21/07/2017

"Sumqayıt" FK çimərlik futbolu üzrə Superliqada "Zirə" ilə qarşılaşıb


Bu gün Azərbaycan çimərlik futbolu üzrə Superliqa yarışmalarına start verilib! Su İdman sarayı ərazisində yerləşən çimərlik meydançasında “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Səbail” keçirilən Superliqa 21 iyul – 5 avqust tarixlərində keçiriləcək.
Superliqanın açılış oyununda “Sumqayıt” FK “Zirə” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma rəqib komandanın 2-1 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın yeganə qolunu Elgiz Kərəmli rəqib qapısından keçirib. 

Qeyd edək ki, “Sumqayıt” FK Superliqanın 2-ci turu çərçivəsində 22 iyul, saat 17:30-da “Neftçi” ilə qarşılaşacaq.