21/07/2017

"Sumqayıt" FK-nın əvəzediciləri "Qəbələ" ilə yoxlama oyununda üz-üzə gəlib


“Sumqayıt” FK-nın əvəzediciləri 2017/2018 mövsümü üçün çalışmalarını davam etdirir. Yoxlama görüşü çərçivəsində “Kapital Bank Arena”da “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşan Elbrus Məmmədovun yetirmələri meydanı 3-1 hesablı məğlubiyyətlə tərk etməli olub. Bu oyunda "Sumqayıt" FK-nın yeganə qolunu Fərid Kərimzadə vurub.
Qeyd edək ki, hazırlıq prosesinin 2-ci mərhələsi çərçivəsində əvəzedicilərimiz son yoxlama oyununu 22 iyul tarixində keçirəcək.