20/07/2017

"Sumqayıt" FK yoxlama görüşü çərçivəsində "Al-Fateh"lə üz-üzə gələcək


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh"lə üz-üzə gələcək. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli vaxtla saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 1958-ci ildə yaranmış “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.