19/07/2017

"Sumqayıt" FK-nın Boluda 5-ci günü və səhər məşqi


Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü iki məşq əsnasında başa vuracaq. Komandamız Samir Abasovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Təxminən 1,5 saat davam edən məşq prosesində yalnız taktiki gedişlər üzərində işlənilib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.
Qeyd edək ki, "Sumqayıt" FK-nın axşam məşqi yerli vaxtla saat 18:30-da olacaq.