26/01/2012

“Sumqayıt” yoxlama oyunu keçirəcək


“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. Komandamız qonşu ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq. Bernhard Raabın komandası “Dinamo” Drezden klubunun əvəzediciləri ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 17:00-da “Arcadia Limak” otelinin stadionunda baş tutacaq.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.