18/07/2017

"Sumqayıt" FK Türkiyədə məşqlərini davam etdirir


Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü bir məşq əsnasında başa vurub. Komandamız Samir Abasovun rəhbərliyi altında axşam məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komandamız bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb. Qeyd edək ki, "Sumqayıt" FK sabah 2 məşqə çıxacaq.