18/07/2017

Əvəzedicilərimiz "Qarabağ" ilə qarşılaşıb


“Sumqayıt” FK-nın əvəzediciləri 2017/2018 mövsümü üçün çalışmalarını davam etdirir. Elbrus Məmmədovun yetirmələri bu gün yoxlama görüşü çərçivəsində “Kapital Bank Arena”da “Qarabağ” U-19 ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 1-1 hesablı heç-heçə ilə sonlanıb. Bu oyunda "Sumqayıt" FK-dan yeganə qolu Tural Məmmədzadə vurub.

Qeyd edək ki, "Sumqayıt" FK-nın əvəzediciləri daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komandamız iyulun 20-si və 22-si tarixlərində müvafiq olaraq, “Zirə” (əvəzedici) və “Qəbələ” (əvəzedici) ilə “Kapital Bank Arena”da görüşəcək.