15/07/2017

"Sumqayıt" FK artıq Boludadır


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün Boluya yollanıb. Səhər saatlarında Bakıdan İstanbula yola düşən komandamız əvvəlcədən planlaşdırdığı kimi VON Resort Hotelinə gəlib. "Sumqayıt" FK qonşu ölkədə ilk məşqinə axşam 17:30-da çıxacaq.