12/07/2017

“Sumqayıt” FK-nın 3 futbolçusu U-17 millisinə dəvət alıb


Azərbaycanın U-17 milli komandası təlim-məşq toplanışı keçirəcək. Toplanışda “Sumqayıt” FK-nın 3 futbolçusu yer alacaq. Belə ki, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə və Asəf Əliyev millinin heyətinə dəvət alıb.
Qeyd edək ki, millinin toplanışı iyulun 10-dan 17-dək Bakı şəhərində, 18-dən avqustun 2-dək isə Qax rayonunda baş tutacaq.