11/07/2017

“Sumqayıt” FK hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək


“Sumqayıt” FK Topaz Premyer Liqasının 2017/2018 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək. Komandamız baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. "Sumqayıt" FK Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi saytında açıqlama veriləcək. Komandamız Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.