25/01/2012

“Sumqayıt Kuboku”nda yarımfinalçılar məlum olub


2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edilməsi ilə əlaqədar “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Sumqayıt Kuboku” turniri davam edir. İlk olaraq 1998-1999-cu il təvəllüdlü futbolçular mübarizəyə başlayıb. Sumqayıt Dövlət Universiteti və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun süni örtüklü meydançalarında keçirilən oyunlarda 16 komanda 2 qrupu üzrə yarışır.

Birinci qrupda 2 saylı, 7 saylı, 20 saylı, 21 saylı, 22 saylı, 23 saylı, 24 saylı, 28 saylı, 29 saylı, 31 saylı, 34 saylı, 35 saylı, 36 saylı, 39 saylı, 41 saylı orta məktəblərin komandaları və Texniki və Təbiət Elmləri Liseyinin komandası yer alır.

İkinci qrupda isə 1 saylı, 3 saylı, 5 saylı, 9 saylı, 10 saylı, 11 saylı, 12 saylı, 14 saylı, 16 saylı, 17 saylı, 25 saylı, 26 saylı, 38 saylı, 43 saylı orta məktəblərin komandaları, İstedad Liseyi və Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası fəxri kürsün ən yüksək pilləsi üçün mübarizə aparır.

Qeyd edək ki, yarışlar olimpiya sistemi üzrə keçirilir.

Nəticələrlə sizi tanış edirik:
Birinci qrup
1/8 final
23 saylı məktəb – 29 saylı məktəb 5:6
Texniki və Təbiət Elmləri Liseyi – 2 saylı məktəb 4:1
41 saylı məktəb – 21 saylı məktəb 3:2
28 saylı məktəb – 35 saylı məktəb 0:8
36 saylı məktəb – 20 saylı məktəb 4:0
39 saylı məktəb – 34 saylı məktəb 5:3
31 saylı məktəb – 24 saylı məktəb 1:0
1/4 final
29 saylı məktəb – Texniki və Təbiət Elmləri Liseyi 2:1
41 saylı məktəb – 35 saylı məktəb 2:2 (pen. 4:5)
36 saylı məktəb – 7 saylı məktəb 5:4
39 saylı məktəb – 31 saylı məktəb 4:2

1/2 final mərhələsi
29 saylı məktəb – 35 saylı məktəb
36 saylı məktəb – 39 saylı məktəb

İkinci qrup
1/8 final
14 saylı məktəb – İstedad Liseyi 3:0
10 saylı məktəb – 12 saylı məktəb 3:4
38 saylı məktəb – 11 saylı məktəb 0:3
1 saylı məktəb – Təbiət Elmləri Təmayüllü Gimnaziya 3:2
5 saylı məktəb – 9 saylı məktəb 3:1
26 saylı məktəb – 25 saylı məktəb 0:3
17 saylı məktəb – 3 saylı məktəb 2:0
43 saylı məktəb – 16 saylı məktəb 0:1
1/4 final
14 saylı məktəb – 12 saylı məktəb 6:0
11 saylı məktəb – 1 saylı məktəb 1:8
5 saylı məktəb – 25 saylı məktəb 3:1
17 saylı məktəb – 16 saylı məktəb 2:0

1/2 final mərhələsi
14 saylı məktəb – 1 saylı məktəb
5 saylı məktəb – 17 saylı məktəb

Qeyd: “Sumqayıt Kuboku”nda növbəti oyunlar 28 və 29 yanvar tarixlərində keçiriləcək.