24/01/2012

“Sumqayıt” yoxlama oyunu keçirib


Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” Futbol Klubu qonşu ölkədə üçüncü yoxlama oyununu keçirib. Rusiya 1-ci liqa təmsilçisi “Fakel”lə üz-üzə gələn komandamız 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti oyununda II Bundesliqa təmsilçisi “Paterborn”a məğlub olmuşdu (0:4).