21/06/2017

"Sumqayıt" FK 2017/2018 futbol mövsümü üçün hazırlığa start verir


"Sumqayıt" Futbol Klubu 2017/2018 futbol mövsümü üçün hazırlığa start verir. Komandamız iyunun 22-də "Kapital Bank Arena"da, saat 18:00-da ilk məşqinə çıxacaq. Hazırlığın birinci mərhələsində komandamız 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, "Sumqayıt" FK iyulun 2-də və 8-də "Səbail"lə üz-üzə gələcək. Yoxlama oyunlarının saatı və komandanın ikinci hazırlıq mərhələsinin planları barəsində klubun rəsmi saytında məlumat veriləcək.