13/06/2017

"Sumqayıt" FK-nın azarkeşləri Amil Yunanovu seçdi


"Sumqayıt" Futbol Klubunun rəsmi internet səhifəsində yer alan sorğunun nəticəsinə əsasən, hücumçumuz Amil Yunanov 2016/2017 futbol mövsümü üçün azarkeşlərimizin ən çox bəyəndiyi futbolçu seçilib. 200 nəfər iştirakçı arasında keçirilmiş sorğuda 24 yaşlı futbolçu 39 faiz səs toplayıb.
Qeyd edək ki, Amil Yunanov 2016/2017 mövsümündə "Sumqayıt" Futbol Klubunun heyətində 23 qarşılaşmada 1306 dəqiqə meydanda olub və 6 qola imza atıb.