08/06/2017

Seleksiya xarakterli toplanışda 100-dən artıq futbolçu iştirak edib


Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Klubunun akademiyası növbəti futbol mövsümü üçün seleksiya xarakterli təlim-məşq toplanışlarına start verib. Belə ki, 6-12 yaş futbolçular arasında keçirilən seçimdə təxminən 100-ə yaxın futbolçu iştirak edib. Seleksiya prosesi hələ bir müddət davam edəcək. Seçimlərə qatılmaq istəyənlər həftənin cümə günü saat 17:00-dan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna təşrif buyura bilər.

Əlaqələndirici şəxs: Ağamusa Bağırov (055 511 49 52)