05/06/2017

6-12 yaş arası futbolçular üçün seleksiya xarakterli toplanış keçiriləcək


"Sumqayıt" Futbol Klubunun akademiyası növbəti futbol mövsümü üçün seleksiya xarakterli təlim-məşq toplanışlarına start verir. Belə ki, 6-12 yaş arası futbolçular arasında keçiriləcək seçim turları həftənin çərşənbə və cümə günləri saat 17:00-dan etibarən keçiriləcək.
Seçimlərdə iştirak etmək istəyən futbolçular aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.


Əlaqələndirici şəxs: Ağamusa Bağırov (055 511 49 52)
info@sfc.az