05/06/2017

Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21 millimizin heyətində yer alacaq


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 9-dək Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında iştirak edəcək. "Sumqayıt" Futbol Klubunun iki futbolçusu - Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə millinin düşərgəsində yer alacaq.