01/06/2017

Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür


1 iyunun Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb.

Qeyd edək ki, "Sumqayıt Futbol Klubu"nun akademiyasında 300-dən artıq uşaq futbolun sirlərini öyrənir, il ərzində 600-dən artıq məktəbli isə klubun sosial layihələrinin iştirakçısı olur.

“Sumqayıt” FK olaraq, bütün uşaqları bayram münasibətilə təbrik edirik.