25/05/2017

Səbuhi Abdullazadə U-16 Liqasının ən yaxşı futbolçusu seçilib


Bu gün AFFA-nın inzibati binasında “Boulevard Hotel U-15 Liqa”, U-16 Liqa, U-17 Liqa və U-19 Liqada yüksək yerləri tutan komandaların, liqaların ən yaxşı oyunçularının və ən sərrast futbolçuların mükafatlandırma mərasimi keçirilib. Mükafatları İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katibin müavini Sərxan Hacıyev təqdim edib.

"Sumqayıt" Futbol Klubunun 16 yaşadək futbolçulardan ibarət komandasının üvü Səbuhi Abdullazadə U-16 Liqasının ən yaxşı futbolçusu seçilib.