25/05/2017

Azər Salahlı "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb


"Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün heyətini gücləndirməkdə davam edir. Komandamız sol cinah müdafiəçisi Azər Salahlını komandada saxlayıb. 23 yaşlı futbolçu azad agent qismində komandamızla 1 illik müqavilə imzalayıb. Azər "Sumqayıt" FK-da yenə 19 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Azər Salahlı 2016/2017 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub.