24/05/2017

"Sumqayıt" FK / Yetirməmiz Bəxtiyar Həsənalızadə


29 dekabr 1992-ci ildə anadan olan Bəxtiyar Həsənalızadə "Sumqayıt" Futbol Klubunun yetirməsidir. 14 nömrəmiz 2011/2012 mövsümündən etibarən klubumuzun üzvüdür. Əvvəlcə əvəzedici komandada çıxış edən Bəxtiyar bir müddət sonra Bernhard Raab tərəfindən əsas heyətə cəlb edilib. 

Qeyd edək ki, Bəxtiyar 2016/2017 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 23 qarşılaşmada meydana çıxıb (1966 dəqiqə) və 1 qol vurub. 

2011-ci ildən "Sumqayıt" FK-da çıxış edən adıçəkilən müdafiəçimiz klubumuzun heyətində ümumilikdə 117 dəfə meydana çıxıb. Nəzərinizə çatdıraq ki, Həsənalızadə klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3 futbolçudan biridir. Digər iki futbolçu isə Slavik Alxasov (126 oyun) və Vurğun Hüseynovdur (111).