22/05/2017

Rəşad Eyyubov “Sumqayıt” FK ilə müqavilə imzalayıb


2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Komandamız ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib. 24 yaşlı futbolçu komandamızla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.