21/05/2017

U-23 millimiz IV İslam Həmrəylik Oyunlarının qalibi olub


Bu gün IV İslam Həmrəylik Oyunlarında futbol turnirinə yekun vurulub. Finalda Oman millisi ilə qarşılaşan 23 yaşadək futbolçulardan milli komandamız 2:1 hesablı qələbə qazanaraq qızıl medalların sahibi olub. Millimizin qollarına Mahir Mədətov imza atıb.

“Sumqayıt” Futbol Klubu olaraq, millimizi çempionluq münasibəti ilə təbrik edirik!