19/05/2017

Məşqçilərimiz Zaqreb "Dinamo"sunun düşərgəsində


"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Samir Abasovla, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyevin dünyaca məşhur Zaqreb "Dinamo"suna yollanması barədə məlumat vermişdik. 
Dünən məşqçilərimiz Xorvatiya klubunun məşqini izləyib ardınca baş məşqçimiz Samir Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, adıçəkilən klubun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb. Daha sonra məşqçilərimiz "Dinamo"nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislərimiz akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə tanış olublar.