17/05/2017

Samir Abasov, Baba Əsgərov və Sabir Əliyev Zaqreb "Dinamo"suna yollanıb


Dünyaca məşhur Zaqreb "Dinamo"su ilə "Sumqayıt" Futbol Klubu arasında əldə olunmuş razılığa əsasən, A komandamızın baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıb. Təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib. 

Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq. 

Ümumilikdə isə hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün müddətində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilərimiz Xorvatiyada olduğu müddətdə U-17 Avropa Çempionatının final oyununu da izləyəcək.